Yuxarı
loading...
loading...

Baykaldan 18 yaşlı namizədə 8 tövsiyə: “Liderin yanlış yola girsə…”

20.06.2018 14:55 Oxunma sayı: 1406


Türkiyədəki parlament seçkilərinin ən yaşlı namizədi Dəniz Baykal ən gənc namizəd İsmayıl Haqqı Güllə görüşüb.

 Türkiyə mediası xəbər verir ki, Antalyadan namizədliyi irəli sürülən Dəniz Baykal yaşına və xəstəliyinə rəğmən xalqa xidmət etmək arzusunda olduğunu bildirib: “Mən bu ölkənin yaxşı gününü də, pis gününü də gördüm, yaşadım. Sağlamlığı, xəstəliyi gördüm. Amma ölkə qarşısındakı məsuliyyətim davam edir. Şərtlər nə olur-olsun, vəzifəmi həyata keçirməyə davam edəcəyəm”.

Türkiyənin ən gənc namizədi ilə görüşən Baykal ona aşağıdakı tövsiyələri edib:

- Kiçik siyasətlə məşğul olma. Özünə xidmət edən siyasətdən uzaq qaç. Böyük siyasətlə məşğul ol. Yəni millət üçün, dövlət üçün, xalq üçün siyasətdə ol.

- Siyasi fəaliyyətdə insanlıqdan ayrılma, insanlığını və insanlığı unutma.

- Partiyan, liderin yanlış yola girərsə, əsla ona uyma. Partiyanı insani siyasətin cizgisinə çəkməyə çalış.

- Rəqiblə mübarizə zamanı şəxsi davaya girişmə.

- Unutma, siyasət bir duruşdur. Şərtlər nə olur-olsun, bu duruş vaz keçilməsi qeyri-mümkün bir məsuliyyətdir.

- Özünə sağlam rol nümunələri seç. Mən Atatürk və İsmət İnönü kimi böyük dəyərlərin təqibçisiyəm. İkinci Dünya müharibəsində ölkələrini bu vəziyyətdən sağ-salamat və uğurlu çıxaran Çörçill və Ruzvelt kimi dövlət adamlarını yaxşı araşdırdım. Şimon Peresin təcrübəni necə dövlət ağlı halına gətirdiyini müşahidə etdim.

- Eqonu nəzarətdə saxlamağı bacar. Ölkənin mənfəətinin sənin eqondan daha önəmli olduğunu heç vaxt unutma.

- Ölkəyə yaxşı günündə də, pis günündə də xidmət etmiş sabiq idarəçilərə qarşı vəfalı ol. Onların artıq aktiv siyasətdə olmasa belə, varlıqları ilə bu ölkəyə hələ də xidmət edə biləcəklərini unutma.

Ən gənc namizəd İsmayıl Haqqı Gül isə Baykalla görüşünü belə dəyərləndirib: “Bu görüş məni Heminqueyin “Qoca və dəniz” hekayəsini xatırlatdı. Yaşlı bir balıqçının yaralanmasına rəğmən əzmlə mücadiləsini xatırlatdı. Mübarizədən vaz keçməyən bir insanın hekayəsini… Sədrimiz Dəniz bəydə bu əzmi gördüm”.

 

loading...