Yuxarı
loading...
loading...

Bu ölkədə marixuana mağazada satılacaq

20.06.2018 13:13 Oxunma sayı: 1484


Kanada Senatı marixuananın satılması və istifadəsini qanuniləşdirib.

Bu barədə “Associated Press” məlumat yayıb.

Qanunun lehinə 52, əleyhinə 29 senat səs verib.

Qanun layihəsinə əsasan, yetkinlik yaşına çatmış istənilən vətəndaş 30 qram marixuana ala bilər. Ancaq alkoqol və tütün satılan yerlərdə marixuana satışı qadağandır.

Səhiyyə naziri Cinnet Petipasin sözlərinə görə, ölkə ağıllı və ədalətli siyasət dövrünə daxil olub.


loading...