Yuxarı
loading...
loading...

Əfqanıstanda 30 hərbçi öldürülüb

20.06.2018 12:54 Oxunma sayı: 1418


Əfqanıstanda “Taliban” silahlılarının iki Nəzarət-Buraxılış Məntəqəsinə hücumu nəticəsində azı 30 hərbçi həlak olub.

Bunu yerli hökumət nümayəndəsi bildirib.

Hadisə iyunun 20-də ölkənin şimal-qərbində yerləşən Badqis vilayətində baş verib.

Qeyd edək ki, Əfqanıstan Prezidenti Əşrəf Qəni Ramazan bayramı münasibətilə iyunun 15-dən 17-dək birtərəfli atəşkəs elan etmişdi. “Taliban” qruplaşması atəşkəs rejiminin uzadılması təklifini qəbul etməyib.


loading...