Yuxarı
loading...
loading...

Avropanın nəhəngləri təcili toplanır

20.06.2018 11:12 Oxunma sayı: 1413


İtaliya, Almaniya, Fransa və İspaniya liderləri qeyri-rəsmi görüş keçirəcəklər.

Görüşdə əsas müzakirə mövzusu miqrasiya məsələsi olacaq. İtaliya mətbuatı görüşün iyunun 28-də Brüsseldə baş tutacağını bildirib.

Liderlərin görüşünə əsas təşəbbüsü İtaliya Baş naziri Cuzeppe Kontedir.

Qeyd edək ki, miqrasiya son günlər AB-də geniş müzakirələrə səbəb olub. İtaliyada yeni hökumətin müəyyən edilməsindən sonra rəsmi Roma miqrant qəbulundan de-fakto imtina edib. Romanın mövqeyini Avstriya müdafiə edib. Almaniyada isə kansler Angel Merkel öz koalisiya hökuməti daxilində miqrasiya məsələsində tutduğu mövqeyə görə sərt tənqid olunur.


loading...