Yuxarı
loading...
loading...

Azərbaycanda villası olan əcnəbi məşhurlar – FOTOLAR

19.06.2018 14:18 Oxunma sayı: 1523


Azərbaycana əcnəbi axını ildən-ilə artır. Hər il təşkil olunan beynəlxalq yarışlar, konsertlər, dəvət olunan müğənnilər xarici medianın da diqqətini Azərbaycana çəkməkdə davam edir.

Bəzi rayonlarımızda təbiətin gözəlliyi gələn qonaqların burada özlərinə ev almaq  istəyini də artırır.  

Azərbaycanda özünə mülk alan və ya almaq istəyən əcnəbi məşhurları sizə təqdim edir:

  • Hande Yener

Hande Yener ile ilgili görsel sonucu

Ölkəmizə tez-tez konsert verməyə gələn Hande Yenerin konsert sonrası müsahibəsində burada ev almaq istəyini dilə gətirib. Bu yaxınlarda onun bu istəyini yerinə yetirdiyi haqqında məlumatlar yayılıb.

  • Kibariyə

Kibariye ile ilgili görsel sonucu

Azərbaycanda da kifayət qədər fanatı olan Türkiyənin məşhur müğənnisi Kibariyə də tez-tez ölkəmizə heyranlığını dilə gətirən ifaçılardandır. Nəhayət 2017-ci ildə Azərbaycanda ev alan Kibariyə özünün və həyat yoldaşının ortaq qərarı əsasında burada ev aldıqlarını bildirib.

  • Pətək Dinçöz

Pətək Dinçöz ile ilgili görsel sonucu

Pətək Dinçöz ötən illərdə tez-tez Azərbaycanda konsertlər verən türk müğənnilərindəndir. Və o, müsahibələrinin birində burada evi olmasını çox arzuladığını dilə gətirib. Lakin bu il Pətək xanım Şəkidəki konsertindən sonra Şəki şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən ona torpaq bağışlandığını, bundan sonra burada özünə ev tikdirəcəyini söyləsə də, ona torpaq verilməsi ilə bağlı yaydığı məlumatın yalan olunduğu iddia edildi.

  • Mügə Boz

Müge Boz ile ilgili görsel sonucu

Türkiyənin sevimli aktrisalarından olan Mügə Boz bu yaxınlarda film çəkilişi üçün gəldiyi Qəbələyə heyran olduğunu gizlətməyib. Hətta Qəbələ də gəzərkən gördüyü köhnə bir evin dizaynını o qədər bəyənib ki, oranı alacağını da deyib.

  • Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum

Məktumun 19 övladından biri olan Dubay Şəhzadəsi Həmdan Hacıqabul rayonundan 500 min AZN-ə villa aldıqları iddia edilir. Bəs nəyə görə məhz Hacıqabul? Ərəblər ov etməyi sevdiklərinə görə bu tip ərazi onlar üçün əvəzolunmazdır. Şahinlərini bahalı saxlanma qablarında buraya gətirirlər, onlar üçün göyərçin də alırlar və şahin göyərçini ovlayır, onlar da bunu videoya çəkirlər. Tez-tez Hacıqabula gəldilərinə görə ərəb şəhzadələr burada özləri üçün mülk alıb qoymağı daha üstün tutublar.


loading...