Yuxarı
loading...
loading...

ATƏT-in 25 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana gələcək

17.06.2018 21:42 Oxunma sayı: 1588


ATƏT-in 25 daimi nümayəndələrindən ibarət qrup 18-22 iyun tarixlərində Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.

Səfirlər hər üç ölkədə rəhbərlik və parlament, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəklər.

Onlar yerlərdə reallıqlarla tanış olacaq və bu barədə yerli hakimiyyət nümayəndələrinə və səfər zamanı görüşəcəkləri şəxslərə məlumat verəcəklər.

Səfər səfirlərin ATƏT-in öhdəliklərinə və prinsiplərinə uyğun olaraq sabitliyi, sülhü və rifahı dəstəklədiyini təsdiqləməyi nəzərdə tutur.


loading...