Yuxarı
loading...
loading...

“Argentina Messini geri çəkir “

17.06.2018 22:38 Oxunma sayı: 1599


İtaliyalı mütəxəsis Fabio Kapello dünya futbolunun 2 ulduzu – Ronaldo və Messinin dünya çempionatına startını dəyərləndirib.

Italiyalı məşqçi bunları deyib:

“Ronaldonun het-triki Messinin üzərində təzyiq hiss etməsinə səbəb olmuşdu. Argentinanın bütün yarımmüdafiəsi mərkəz xəttini keçib topu Messiyə çatdırmağa çalışanda gülünc görünürdü, ləng oynayırdılar. Fikrimcə, o, Ronaldodan daha yaxşıdır. Amma Argentina millisi onu geri çəkir. Ronaldonun Real-dan gedişi? Bu, onun qürurundan asılı problemdir. Kriştianu elə hiss edir ki, ona Messi kimi münasibət göstərmirlər”.


loading...