Yuxarı
loading...
loading...

Mətanətdən “Maşın” şouya çağırılmaması ilə bağlı xəbərlərə REAKSİYA

17.06.2018 20:56 Oxunma sayı: 1671


Aparıcı Mətanət Əliverdiyevanın “Maşın” şounun final gecəsinə dəvət olunmadığı haqda xəbər yayılıb.

Açıqlama verən Əliverdiyeva çəkilişi olduğu üçün verilişə qatıla bilmədiyini deyib:

“İstəyirsiniz “M group”un əməkdaşları ilə əlaqə saxlayıb soruşun. Mən və digər iştirakçılar dəvət olunmuşduq. Biz düşmən deyilik ki… Çağırmayıblar nə sözdür? Orada heç kimlə düşmənçiliyim yoxdur. Oradakıların hamısı mənim dostumdur. Bircə Aytən Səfərova ilə aramız yaxşı deyil. Mənim onunla münasibətim yoxdur. Çoxdan olan söz-söhbətdir, ANS-in vaxtından. Aytəni 1997-ci ildən tanıyıram. Onu yaxşı tanıdığım üçün həmin sözləri deyirdim. Rozası da, Pərvini də onun üzünü gördülər sonra.

Final gecəsinə çox adam gəlməmişdi, niyə ancaq məndən yazırlar? Əgər efir axşam canlı getsəydi qatılacaqdım. Amma günorta saat 4-də çəkiliş idi. Mənim isə öz verilişimin çəkilişi var idi, çatdırmadım”.

Qeyd edək ki, aparıcı “Maşın” şouda səsvermələrin saxta olduğunu dilə gətirmişdi. Bununla əlaqədar olaraq Murad Dadaşovun onu sonuncu verilişə çağırmadığı deyilirdi.


loading...