Yuxarı
loading...
loading...

Messi Ronaldonu ötdü

15.06.2018 16:20 Oxunma sayı: 1546


“Barselona”nın hücumçusu və Argentina yığmasının futbolçusu Lionel Messi “Forbes” jurnalının ən çox qazanan futbolçuları siyasından birinci yerdə qərarlaşıb.

Bu barədə nəşrin saytında yazılıb.

“Forbes”in məlumatına görə, Messinin 2017-ci il üzrə gəliri 111 milyon dollar təşkil edib. Bunlardan 84 milyon dollarını futbolçu “Barselona”dan, qalan hissəni isə reklam müqavilələrindən qazanıb.

Siyahıda ikinci yeri “Real”ın hücumçusu Kriştiano Ronaldo tutub. Onun illik gəliri 108 milyon dollar təşkil edib. Üçlüyə Fransa PSJ-sinin forvardı Neymar 90 milyon dollar gəliri ilə daxil olub.


loading...