Yuxarı
loading...
loading...

Mətanət özündən çıxdı: “Kişini necə qızışdırdılarsa…”

15.06.2018 12:45 Oxunma sayı: 1650


Müğənni Mətanət Əsədova bəzi aparıcılardan narazılıq edib.

Açıqlama verən sənətçi onların ara qarışdırdığını bildirib:

“Bəzən olmayan sözlərlə sənət adamlarını bir-birinə qarşı qoyurlar. Elə böyük sənətkar Rəmişlə aramı da onlar vurmağa çalışdı. Birinin üstünə beşini qoyub dedilər, kişini özündən çıxardılar. Yoxsa ki, rəmiş həmişə məni tərifləyib, sənətimə hörmətlə yanışıb. Mənə yaraşmaz ki, onun sözünün qabağına söz deyim. Onda günah yoxdur, günah onu qızışdıranlardadır”.

Qeyd edək ki, Rəmişə “antikvar” deməsi xalq artistini özündən çıxarıb. Rəmiş “Ondan sonra” verilişinə açıqlamasında M.Əsədovanın sözlərinə kəskin şəkildə etiraz edib:

“Xalqın gözü güzgüdü, kimin kim olduğunu görür. Mənim haqqımda antikvar deyənin, dilinə niyə yara çıxmayıb? Antikvar mağazada olur. Mətanətə ayıb olsun. Çünki o, məni harda görür deyir ki, qurban olum sənə. Onun bu sözü deməyə necə haqqı çatır? Mənə o sözü deyən, özü kimdir ki? Demək istəyirəm ki, dilinizi qoyun qarnınıza. Mənim haqqımda söz deməyə onların haqqı yoxdur. Mən Nazpəridən, Zeynəb Xanlarovadan danışa bilərəm, onlardan yox”.


loading...