Yuxarı
loading...
loading...

“Space” də kimsəsizin görüntüsü görən nazir ona sahib çıxdı – “O artıq kimsəsiz deyil!” (VİDEO)

14.06.2018 15:36 Oxunma sayı: 1747


“Space” Tv də yayımlanan “Olar? Olmaz!” verilişində daha bir maraqlı anlar yaşanıb.

Qəbiristanlıqda ac, susuz yaşayan Azər Bağırova “Olar? Olmaz!” verilişindən sonra ikinci böyük dəstək gəlib. Verilişi izləyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin göstərişi ilə o, müvəqqəti sığınacaqa yerləşdirilib.

Nazirliyin rəsmi nümayəndəsi Fazil Talıbov qısa zamanda Azər Bağırovun işlə təmin ediləcəyini və cəmiyyətə adaptasiya olunacaqı bildirib: “”Space” Tv-də veriliş yayımlandan sonra cənab nazir birbaşa göstəriş verdi ki, sizlə əlaqə saxlayaq və Azər bəyi müvəqqəti sığınacaqımıza dəvət edək. Nə lazımdırsa ona kömək ediləcək”.. Daha sonra teleaparıcı Azər Bağırovun yaşayacaqı məkanla tanış olub.

Verilişin davamında isə bir atanın həkim axtarışı tamaşaçılara təqdim edilib. Amil Xəlillə görüşən Mirhəmid bəy oğlunu sağalda biləcək həkimə ehtiyacının olduğunu qeyd edib: “Mən özüm nəyim var sataram. Təki bir həkim olsun. Desin ki, mən sənin balanı sağaldaram”.

Bu axşam 19:50 də “Olar? Olmaz!” verilişində stomatoloqların qeyri-peşəkar fəaliyyətlərindən reyd tamaşaçılara təqdim ediləcək.


loading...