Yuxarı
loading...
loading...

Putinin adamyeyən deputatı, seriya qatilləri: Dünyanın qorxunc həbsxanası - Foto

14.06.2018 14:42 Oxunma sayı: 1432


Rusiyanın Qazaxıstanla sərhədində yerləşən və “Qara delfin” adlandırılan həbsxana görənləri dəhşətə gətirir. Aralarında adamyeyən manyak, seriya qatilləri və qanlı terrorçuların də olduğu həbsxana bəlkə də dünyanın ən qəddar 700 insanına ev sahibliyi edir.

Həbsxananın adı binanın girişində məhbuslar tərəfindən qoyulmuş “Qara delfin” heykəlindən götürüb.
Buradakı məhkumlar ümumilikdə bilinən və bilinməyən cinayətlərə görə 3500 nəfəri qətlə yetiriblər. Bu da hər məhkumun orta hesabla 5 cinayət törətməsi deməkdir.
Məhkumlardan biri – 1973-cü il təvəllüdlü Nikolayev Vladimir Putinin keçmiş kabinetində yer almış deputat olub. Məşhur rus mafiyasına qoşulduğu deyilən Nikolayev eyni zamanda şəhər meri olmuş zəngin iş adamı idi. Lakin o, adamyeyən manyakdır.
Həbsxananın təhlükəsizliyi o həddə təşkil edilib ki, burada məhkum sayından çox – 900 silahlı mühafizəçi var.
Mühafizəçilərin qaldıqları otaqlar hər 15 dəqiqədən bir yoxlanılır.


loading...