Yuxarı
loading...
loading...

Məscidə gələnlərə bıçaqla hücum çəkdi - ölənlər var

14.06.2018 14:54 Oxunma sayı: 1431


Cənubi Afrika Respublikasında bıçaqla silahlanmış şəxs məscidə gələnlərə hücum edib.

Bu barədə “News24” portalı polisə istinadən məlumat yayıb.

İnsident Malmsberi şəhərində qeydə alınıb. Şahidlərin sözlərinə görə, hücum edən şəxs xarici vətəndaş olub. O, əlindəki böyük bıçaqla məscidə hücum edib. İki nəfər həlak olub. Hadisə yerinə gələn polis isə silahlı şəxsi öldürüb.

Faktla bağlı araşdırma aparılır.


loading...