Yuxarı
loading...
loading...

Kim Çen İndən gözlənilməz addım

14.06.2018 13:39 Oxunma sayı: 1421


Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen İn Yaponiya baş naziri Sindzo Abe görüşmək istəyini dilə gətirib.

Bu barədə o, ABŞ Prezidenti Donald Trampla görüşü zamanı söyləyib.

“Sankey” qəzetinin məlumatına əsasan, Tramp Kimə nüvə silahından tam imtina qarşılığında sanksiyaların ləğv etməyə söz verib. Genişmiqyaslı iqtisadi inkişaf üçün isə Yaponiya ilə danışıqlar aparmaq lazım olduğunu söyləyib.

Cavabda Kim Çen İn yapon baş naziri Sindzo Abe ilə iki ölkə arasında mövcud problemləri müzakirə etmək üçün şəxsən görüşmək istədiyini bəyan edib.

Yaponiya və Şimali Koreya liderlərinin sentyabrda Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumu çərçivəsində görüşü baş tuta bilər.

Abenin avqusta Pxenyana səfər edə biləcəyi ehtimalı da var.


loading...