Yuxarı
loading...
loading...

Azərbaycan əhalisinin sayı

14.06.2018 12:34 Oxunma sayı: 1297


Ölkədə əhalinin sayı ilin əvvəlindən 25018 nəfər artıb. Əhalinin sayı mayın 1-nə olan məlumata görə, 9923103 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Əhalinin ümumi sayından 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb. Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.


loading...