Yuxarı
loading...
loading...

Evində FETÖ-çular toplanırdı Əmrəyə şok ittiham

14.06.2018 11:53 Oxunma sayı: 1416


2009-cu ildə “Fənərbaxça”ya transferimdən sonra Əli Şənəl adlı biri mənə zəng elədi. Bir müddət sonra o dövrdə “Fənərbaxça”da oynayan Əmrə Belözoğlu, Uğur Boral, Ərtoğrul Daşqıranın da Əli Şənəllə görüşdüyünü öyrəndim.

Bu sözləri FETÖ istintaqı çərçivəsində həbs olunan “Fənərbaxça” və Türkiyə millisinin keçmiş müdafiəçisi Bəkir İrtəgün deyib.

“Mən də 2009-cu ilin son aylarında bu şəxsin etdiyi söhbətlərə digər futbolçu dostlarımla birlikdə qatılmağa başladım. “Fənərbaxça”da oynadığım müddət ərzində Alpər Potuk, Orxan Şam, Göyxan Gönül və Məhməd Topalı da Əli Şənəl adlı şəxsin söhbətlərində görmüşəm”, - İrtəgün bildirib.

Söhbətlərin adətən FETÖ-ya aid məktəblərdə keçirildiyini bildirən futbolçu bir neçə dəfə hazırda “Başakşəhər”in kapitanı olan Əmrə Belözoğlunun evində toplandıqlarını qeyd edib.

Xatırladaq ki, İstanbul Prokurorluğunun hazırladığı məhkəmə ittihamnaməsində Bəkir İrtəgün, Uğur Boral, Zəfər Biryol, Ərsin Gürələr kimi futbolçulara 22,5 il həbs cəzası tələb olunub.


loading...