Yuxarı
loading...
loading...

Metro gücləndirilmiş rejimə keçdi

14.06.2018 11:35 Oxunma sayı: 1396


15 iyun – Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə ölkədə elan edilmiş 5 qeyri-iş günü ərzində Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq.

QSC-dən verilən məlumata görə, metropolitan sədri Zaur Həsənovun imzaladığı əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub, həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub.


loading...