Yuxarı
loading...
loading...

Makedoniya prezidenti ölkənin adını dəyişməkdən imtina etdi

13.06.2018 21:18 Oxunma sayı: 1576


Makedoniya prezidenti Qeorqe İvanov rəsmi Afina ilə Skopye arasında ölkənin yeni adı ilə bağlı əldə olunmuş razılaşmadan narazıdır.

Bu haqda “Associated Press” məlumat yayıb.

“Makedoniya prezidenti Qeorqe İvanov, Yunanıstan hökuməti ilə yeni sazişi imzalamayacağını bildirib”, – deyə agentliyin məlumatında qeyd olunur.

Xatırladaq ki, ötən gün Makedoniya baş naziri Zoran Zayev, ölkələrin uzun illərdən sonra dövlətin yeni adı ilə bağlı konsensusa gəldiyini və ölkənin bundan sonra Şimali Makedoniya adlandırılacağını bəyan etmişdi.


loading...