Yuxarı
loading...
loading...

Gürcüstanın baş naziri istefa verdi

13.06.2018 19:22 Oxunma sayı: 1639


Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili iyunun 13-də tutduğu vəzifədən getdiyini elan edib.

Kvirikaşvili bunu Tiflisdə keçirilən fövqəladə brifinqdə deyib.

“Mən Gürcüstanın Baş naziri postundan istefa vermək qərarına gəldim”, - deyə o bildirib.

Qeyd edək ki, Georgi Kvirikaşvili 2015-ci il dekabrın 30-dan Gürcüstan hökumətinin rəhbəri vəzifəsini tuturdu.


loading...