Yuxarı
loading...
loading...

82 yaşlı pambıqçıya meydan oxudular

13.06.2018 15:55 Oxunma sayı: 1388


Salyan rayonunun pambıqçıları Biləsuvarın 82 yaşlı pambıqçısı Lətif Cəfərovun yarış təklifinə müsbət cavab veriblər.

Salyanın Qızılağac kəndində fəaliyyət göstərən Zöhrab kəndli-fermer təsərrüfatının rəhbəri olan pambıqçı Mirzəyev Emin, 82 yaşlı pambıqçının yarışına qoşulub. O bildirib ki, 3 ildir pambıqçılıqla məşğuldur və dəfələrlə uğurlu nəticələr göstərərək, bol məhsul əldə edib.

Salyanlı pambıqçı 82 yaşlı biləsuvarlı həmkarının təklifini qəbul etdiyini bildirib. 82 yaşlı pambıqçıya meydan oxuyan salyanlı həmkarı “Məhsul vaxtı görüşərik” deyib.

Xatırladaq ki, 1958-ci ildən pambıqçılıqla məşğul olan 82 yaşlı Lətif Cəfərov kənd təsərrüfatının və pambıqçılığın inkişafı naminə ölkənin ən güclü pambıqçılarını onunla yarışmağa səsləyib.

O bildirib ki, pambıqçılar arasında rəqabət məhsuldarlığı artıracaq.


loading...