Yuxarı
loading...
loading...

Sürücülərin nəzərinə: Avtovağzal-Xırdalan dairəsində...

13.06.2018 14:13 Oxunma sayı: 1475


İyunun 16-dan etibarən Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi hissəsində hər iki istiqamət üzrə asfalt-beton örtüyünün yenilənməsi işlərinə başlanılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu səbəbdən yolun sözügedən hissəsində işlər aparılan zolaqlar üzrə yol bağlanmadan hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması təmir işləri bitənədək tətbiq ediləcək.


loading...