Yuxarı
loading...
loading...

Bağlanan banklardakı əmanətlərin taleyi qaranlıq olaraq qalır

13.06.2018 13:30 Oxunma sayı: 1550


Əkrəm Həsənov: “Əmanətlərin Sığortalanması Fondunun yeni rəhbəri gözləntiləri doğrultmur”

Azərbaycanın bank sektorunda problemlər davam edir. Bir çox mütəxəssislər zəif bankların bağlanması prosesinin bu il də davam edəcəyini proqnozlaşdırırlar. Bu isə daha çox sayda insanın banklara əmanət etdiyi vəsaitlərdən məhrum olması deməkdir.

Xatırladaq ki, son 3 ildə Azərbaycanda 13 bank bağlanıb. Bu banklarda qalan əmanətlərin bir hissəsi - qorunan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılıb. İndiyədək fond tərəfindən bağlanan banklar üzrə 800 milyon manata yaxın belə ödəniş həyata keçirilib. Qanunvericiliyə əsasən qorunmayan əmanətlərin ödənişi isə bağlanan bankların əmlakının satışından, habelə verilən kreditlərin qaytarılmasından toplanan vəsait hesabına kompensasiya olunmalıdır.

Bağlanan bankların bir çoxunun əmlakı və kreditləri əmanətlərin qaytarılması üçün yetərli olsa da, bəzi banklarda vəziyyət gərgindir. Bank sahəsi üzrə mütəxəssis, bağlanan “StandardBank” Kreditorlar Komitəsinin rəhbəri Əkrəm Həsənovun sözlərinə görə, bağlanan banklarda qorunmayan əmanəti olanların heç biri qoyduğu pulun hamısını geri ala bilmir: “Müflisləşmənin mənası budur ki, müflisləsən bankın kifayət qədər vəsaiti yoxdur ki, bütün borclarını versin. Əmanət də borclardan biridir. Hər bir halda, əmanətçilər pullarını tam şəkildə geri ala bilməyəcəklər. Əksər banklarda əmanətçilər az da olsa, qoyduqları məbləğin bir hissəsini ala bilirlər.


loading...