Yuxarı
loading...
loading...

Bu ölkənin adı dəyişdirilir AB-yə üzv olacaq

13.06.2018 12:25 Oxunma sayı: 1323


Makedoniya Respublikasının adı Şimali Makedoniya olaraq dəyişdirilir.

Bu barədə ölkənin Baş naziri Zoran Zaev məlumat verib.

Yunanıstanın Baş naziri Aleksis Tsiprasın və Makedoniyanın Baş naziri Zoran Zaevin iyunun 12-də telefon danışıqlarının nəticəsi olaraq tərəflər Makedoniyanın yeni adı ilə bağlı razılığa gəliblər. Bu qərar ölkənin tezliklə Avropa Birliyi və NATO-ya daxil olmasına şərait yaradır.

Aleksis Tsipras bildirib ki, iki ölkə arasında “uğurlu razılıq” əldə olunub və o, bu barədə Yunanıstan Prezidenti Prokopis Pavlopulosu məlumatlandıracaq. Hər iki ölkənin hökumət başçıları tərəfindən imzalanacaq saziş parlamentlərdə ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

Adla əlaqədar iki ölkə arasında 25 ildir davam edən mübahisə Makedoniyanın beynəlxalq təşkilatlara, xüsusilə Avropa Birliyi və NATO-ya üzv olmasına maneə yaradırdı. Yunanıstan Makedoniyanın yunan bölgəsi ilə eyni adı daşımasına etiraz edirdi.

Bu qərardan sonra Makedoniyanın Avropa Birliyi və NATO ilə danışıqlara başlaması iyunun sonunda gözlənilir.


loading...