Yuxarı
loading...
loading...

S-400-ləri anbara yığmaq üçün almırıq Ərdoğan

13.06.2018 12:43 Oxunma sayı: 1503


Zərurət olduğu halda S-400 raket komplekslərindən istifadə etməyə hazırıq.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Hürriyət”ə açıqlamasında deyib.

“Biz S-400-ləri anbarda saxlamaq üçün almırıq. Zərurət olduğu halda dərhal istifadə edəcəyik. Bu, müdafiə sistemidir. Əgər istifadə etməyəcəyiksə, bəs onlar nəyə lazımdır?” - deyə dövlət başçısı bildirib.

Prezident xatırladıb ki, Ankara bir neçə il buna bənzər sistemləri Vaşinqtondan istəyib, lakin ABŞ Konqresi onların Türkiyəyə satışına qadağa qoyub.


loading...