Yuxarı
loading...
loading...

Trampdan sərt təhdid: Bu səhv ona baha başa gələcək

13.06.2018 10:23 Oxunma sayı: 1288


ABŞ Prezidenti Donald Tramp Kanada Baş naziri Castin Trudonu təhdid edib.

Tramp ABC televiziyasına müsahibəsində Trudonun Vaşinqtonun iqtisadi siyasətini tənqid etməsinin ona baha başa gələcəyini deyib.

“O bunu etməməli idi. Bu səhv ona böyük pullara başa gələcək”, - Tramp bildirib.

Qeyd edək ki, G7 sammiti zamanı Castin Trudo ABŞ Prezidenti Donald Trampın polad və alüminium ixracına əlavə rüsum tətbiq etməsini sərt tənqid edib. Bundan sonra bəyanat yayan ABŞ prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou Kanada baş nazirinin addımını arxadan vurulan zərbə adlandırıb.


loading...