Yuxarı
loading...
loading...

İrandan Kim Çenə xəbərdarlıq

13.06.2018 10:32 Oxunma sayı: 1518


ABŞ Prezidenti Donald Tramp İranla nüvə müqaviləsindən geri çəkildikdən sonra Şimali Koreya ilə də eyni addımı ata bilər.

Bunu İran hökumətinin sözçüsü Məhəmməd Baqir Nobat bildirib.

Nobat Trampın mürəkkəbi qurumamış müqavilədən geri çəkilə biləcəyini və Pxenyana ehtiyatlı olmağı tövsiyə edib:

"Koreya lideri nə tip bir şəxsiyyətlə müzakirə apardığını bilmir. Onun evə qayıdan kimi müqaviləni ləğv edəcəyi istisna deyil".


loading...