Yuxarı
loading...
loading...

Azərbaycanda siqaretlə bağlı növbəti qərar: 3 dəfə artırıldı

12.06.2018 17:30 Oxunma sayı: 1307


Azərbaycanda tütündən hazırlanan siqaretlərin vergi dərəcəsi artırılıb.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.

Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq. Qeyd edək ki, indiyədək bu məbləğ 4 manat idi.

Dəyişiklik layihəsi səsverməyə çxıarılaraq qəbul olunub.


loading...