Yuxarı
loading...
loading...

Trampın müşavirini infarkt vurdu

12.06.2018 12:35 Oxunma sayı: 1480


ABŞ Prezidenti Donald Trampın yaxın adamlarından hesab olunan iqtisadiyyat məsələləri üzrə baş müşaviri Lari Kudlou infarkt keçirib.

Bu barədə Donald Tramp Tvitter hesabında yazıb.

“Ticarət və iqtisadiyyat üçün can-başla çalışan möhtəşəm Lari Kudloumuz bir az əvvəl infarkt keçirib. Hazırda “Volter Rid” tibb mərkəzindədir”, - Tramp bildirib.

Xatırladaq ki, Kudlou Ronald Reyqan administrasiyasında da iqtisadi sahədə xidmət edib.


loading...