Yuxarı
loading...
loading...

Məşhurlardan Pərvinin “Maşın”dan getməsinə münasibət: “… kişiciklərə”

12.06.2018 11:22 Oxunma sayı: 1428


“Maşın” şounun 16-cı buraxılışı gözlənilməz hadisələrlə yadda qalıb.

Bunlardan biri də bugünki verilişdə nümayiş olunub.

 

Belə ki, səsverməyə çıxan Uran səs toplayıb oyundan Pərvin Abıyevanı çıxarmaq fikrində idi. Lakin Roza Zərgərli Aytən Səfərova və Pərvin Abıyevaya üz tutaraq, “Kim əlini mənə görə maşından götürər?”, “Kim əsl dostdur?” deyib. Buna cavab olaraq Pərvin əlini maşından götürüb və bildirib ki, o, heç vaxt ikiüzlü oyun aparmayıb.

Abıyevanın bu jestinə bəzi məşhurlar biganə qala bilməyiblər. Onlar hisslərini sosial mediada bölüşüblər.

Aktyor Cavidan Novruz aktrisa ilə birgə çəkilmiş şəkli paylaşaraq yazıb:

“Qara pələngim, panteram mənim, ordakılara və bəzilərinə kişilik dərsi keçdin”.

Rejissor Kənan Mahmudov da Abıyevanın addımı alqışlayıb:

“Mənim dişi aslanım, birdənəsən, düz elədin. Aslanlar tək-tək gəzər. Pərvin Abıyeva sən 100000000 kişiciklərə dəyərsən. Hər kəsə sənin kimi mərd dost arzu edirəm”.

 

loading...