Yuxarı
loading...
loading...

Tramp və Kim Çen In arasında TARİXİ GÖRÜŞ - Bəyannamə İMZALANDI - FOTO/VİDEO

12.06.2018 11:11 Oxunma sayı: 1846


ABŞ prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ABŞ-Şimali Koreya sammitinin yekun sənədini imzalayıb.

“RİA-Novosti” agentliyi xəbər verir ki, hər iki lider yekun sənədi kompleks və ətraflı adlandırıb.

Mərasimin gedişatında Tramp Kimi Çen Ina dəfələrlə təşəkkür edib və keçmiş danışıqları fantastik adlandırıb.

“ABŞ və Koreya Xalq Demokratik Respublikası arasında münasibətlər tamamilə başqa cür olacaq.Keçmişi keçmişdə buraxmağa qərar verdik və dünyanın böyük bir dəyişikliyə şahid olacaq. Biz birlikdə işləmək istəyirik, bizdə xüsusi əlaqə yaranıb”, - Amerika prezidenti deyib.

Sənədin dəqiq məzmunu hələlik məlum deyil, ancaq CNN telekanlı Amerikanın nümayəndə heyətindəki mənbəyə istinad məlumat verib ki, yekun sənəddə dialoqun davam etdirilməsi barədə niyyət əksini tapıb.

Bəyannamənin imzalanmasından dərhal sonra Donald Tramp Şimali Koreya liderini Ağ Evə yeni görüşə dəvət edəcəyinə söz verib.

“Şübhəsiz ki, mən bunu edəcəyəm”, - o bildirib.

***

Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında geniş tərkibli görüş başa çatıb.

Söhbət zamanı tərəflər Vaşinqton və Pxenyan arasında yeni əlaqələrin formalaşması, Koreya yarımadasında davamlı və daimi sülhün yaradılması, yarımadada nüvəsizləşdirmə prosesinin gerçəkləşməsi məsələlərini müzakirə ediblər.

Bundan sonra ölkə rəhbərləri nümayəndə heyətləri ilə birgə işçi naharda iştirak edəcəklər.

***

ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında təkbətək görüş başa çatıb. Görüş 48 dəqiqəyə yaxın davam edib.

Təkbətək görüşdən sonra danışıqlar geniş tərkibdə davam etdiriləcək. Danışıqlara ABŞ-ın dövlət katibi Mayk Pompeo, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton və Ağ Evin aparat rəhbəri Con Kelli qatılacaq. Şimali Koreyanı geniş tərkibli görüşdə XİN rəhbəri Li Yon Ho, nazirliyin Şimali Amerika departamentinin başçısı Tsoy Son Hi və digər rəsmi şəxslər təmsil edəcək.

***

Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında tarixi görüş başlayıb.

Danışıqlar Sentosa adasındakı “Kapella” hotelində keçirilir.

D.Tramp və Kim Çen In bir-birilərinin əlini sıxıblar. ABŞ prezidenti qarşıdakı görüşün uğurlu olacağına əmin olduğunu bildirib. Kim Çen In isə qeyd edib ki, tarixi görüşün gerçəkləşməsi üçün hər iki ölkə bir çox çətinliklərin öhdəsindən gəlib.

Bundan əvvəl Ağ Ev görüşün 45 dəqiqə davam edəcəyini bildirib. Təkbətək görüşdən sonra danışıqlar geniş tərkibdə davam etdiriləcək.


loading...