Yuxarı
loading...
loading...

Bu ərazilərdə içməli su olmayacaq

12.06.2018 10:48 Oxunma sayı: 1470


Bu gün paytaxtın bir sıra ərazilərində içməli suyun verilməsində fasilələr yaranacaq.

Bakı şəhəri Mir Cəlal və H.Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar gün ərzində Nəsimi rayonu 1,2,3,4,5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


loading...