Yuxarı
loading...
loading...

Rusiyanın "S-500" silahları ABŞ-ı QORXUYA SALDI

12.06.2018 12:54 Oxunma sayı: 1291


“S-500” yeni Rusiya zenit-raket sistemi dünyada analoqlara malik deyil.

Bu barədə ABŞ-ın “The National Interest” nəşrində amerikalı ekspertlər yazıblar.

“S-500” sisteminin bütün imkanları Qərbə nümayiş etdirilməsə də, onun imkanlarından şübhələnmək üçün əsaslar yoxdur”, - məqalənin müəllifləri vurğulayıblar.

Nəşr yazır ki, “S-500” görünməmiş hündürlükdə və böyük məsafələrdə ballistik raketləri və peykləri ələ keçirmək qabiliyyətinə malikdir. Qeyd edilir ki, “S-500” məsafədən və potensial təhlükənin səviyyəsindən asılı olaraq raketlərin bir neçə növündən istifadə edə bilər.

“The National Interest”in hərbi mənbələrinin məlumatına görə, Rusiya yaxın vaxtlarda “S-500” sisteminin rekord məsafədə sınaqlarını həyata keçirib. Amerika KİV-i bildirir ki, Rusiya zenit-raket sistemi 299 mil məsafədə ( 480 kilometrdən çox) hədəfi müvəffəqiyyətlə vurub. Bu, istənilən başqa raket sisteminin nail olduğu məsafədən təxminən 50 mil (təxminən 80 kilometr) daha çoxdur.

Bundan başqa, nəşrin ekspertləri qeyd edirlər ki, “S-500” 200 kilometrə qədər hündürlükdə obyektləri, hətta gözəgörünməz təyyarələri vura bilər.

“S-500” saniyədə 7 kilometr sürətlə uçan 10 balistik supersonik hədəfi eyni anda aşkarlaya və məhv edə biləcək. Sistemin mənzilinin radiusu 600 kilometr təşkil edir. “S-500” sistemlərinin ilk batereyaları 2020-ci ildə Rusiya hərbçilərinin istifadəsinə veriləcək.


loading...