Yuxarı
loading...
loading...

Hökumət devrildi, paytaxt ələ keçirildi – Generalın qiyamı

11.06.2018 17:12 Oxunma sayı: 1387

Liviyada general Xəlifə Hafterin başçılıq etdiyi “Əl-Şaiqə” adlı qüvvələr Dernedə hərbi əməliyyata başlayıb. Əməliyyat nəticəsində yeni ərazilər ələ keçirilib.

Liviya parlamentinin Nümayəndələr Palatasının dəstəklədiyi “Əl-Şaiqə” Derne şəhərinin mərkəzinə nəzarəti də ələ keçirib.

Bölgəyə tam nəzarət təmin edildikdən sonra general Hafter sakinlərə müraciət edərək evlərinə qayıtmalarını istəyib.

Qeyd edək ki, “Əl-Şayiqə” bundan əvvəl – iyunun 9-da “Derne Müdafiə Qüvvələri”nin nəzarətində olan Şeyxa əl-Qərbiyyəni ələ keçirib.

Ölkəni idarə edən ayrı-ayrı hökumətin heç birini tanımayan və 2014-cü ildən paytaxt Benqazini azad etmək üçün əməliyyatlara başlayan general Hafter bununla bölgədə İŞİD terror təşkilatı ilə işbirliyində olan “Derne Müdafiə Qüvvələri”ni (DMQ) tamamilə neytrallaşdırıb.

General Dernedə müstəqilliyini elan edərək, özünü Liviyanın yeganə hökuməti adlandıran DMQ-ya qarşı əməliyyatlara may ayında başlamışdı.

Xatırladaq ki, İkinci Liviya Vətəndaş Müharibəsi 2014-cü ildən bu yana davam edir.

 

loading...