Yuxarı
loading...
loading...

Ermənistanda növbəti aksiya keçirilib

11.06.2018 16:32 Oxunma sayı: 1463


Ermənistanın Texut və Şnox kəndlərinin sakinləri “Texut” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) gedən yolu bağlayıblar.

Onlar şirkətdə işlə təmin olunmalarını tələb edirlər.

Etiraz aksiyasının iştirakçıları bildiriblər ki, bu şirkətin fəaliyyət göstərməsi səbəbindən bağ, əkin yeri, örüş, meşə və başqa torpaq sahələrindən məhrum olublar: “İndi isə bizi işdən çıxarıblar. Hamımızın kredit borcu var. Bizi düşünən yoxdur. Onlar bizi dilənçi vəziyyətinə salırlar. Bizdən alınan torpaqlarda niyə başqaları işləməlidir? Bu sualımıza cavab verilməyənədək yolu açmayacağıq”.

Məlumata görə, bu ilin fevralında “Valleks” şirkətlər qrupu “Texut” da daxil olmaqla işçilərin sayını 1190-dan 300-dək azaldacağını açıqlayıb. Sakinlər isə bildiriblər ki, əməkdaşlar ixtisar olunsa belə, ilk növbədə, onlar işlə təmin olunmalıdırlar.

Qeyd edək ki, bu mis-molibden müəssisəsinin sahəsi 80 ha-dır. “Texut” 440 ailənin torpağını əlindən alıb. Şirkət 150 nəfəri işlə təmin etmək üçün, təxminən, 1500 nəfərin ənənəvi işdən məhrum edib.


loading...