Yuxarı
loading...
loading...

Metroda insident: Azyaşlı xəsarət aldı

11.06.2018 16:25 Oxunma sayı: 1407


“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “28 May” stansiyasında qolu yaralanan azyaşlının vəziyyəti yaxşıdır.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini əvəz edən Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə “28 May” stansiyasında baş verib:

“Qatarın qapısı açılan zaman uşağın qolu qatarın qapısı ilə divarı arasında qalıb.

Sərnişinlərin köməyilə qapı açılıb və uşaq dərhal stansiya rəisinin otağına aparılıb. İlkin yardım göstərilib. Daha sonra təcili tibbi yardım çağırılıb və uşaq xəstəxanaya aparılıb”.

Bəxtiyar Məmmədov qeyd edib ki, uşağın vəziyyəti normaldır: “Anası bizimlə əlaqə saxladı və uşağa qayğı göstərildiyi üçün təşəkkür etdi. Bu, bizim üçün vəzifə borcudur”.


loading...