Yuxarı
loading...
loading...

Hava yenidən dəyişir: Leysan, yağış, dolu

11.06.2018 14:15 Oxunma sayı: 1584


Bakıda və Abşeron yarımadasında iyunun 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Minval.info-ya verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
 
Azərbaycanın rayonlarında da iyunun 12-də və iyunun 13-ü gündüzədək qeyri-sabit hava şəraiti müşahidə olunacaq.
 
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
 
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

loading...