Yuxarı
loading...
loading...

Azərbaycanda 23 nəfər xəstəxanaya yerləşdirildi

11.06.2018 09:28 Oxunma sayı: 1413


Saatlıda pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.

Rayonun Smada kəndində qeydə alınıb. Tarlada işləyən 23 nəfər kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onların pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə istifadə edilən kimyəvi maddədən zəhərləndikləri bildirilir.

Zəhərlənənlər Sabirabad rayonunun Nəsimi kənd sakinləridir. Rayona Bakı şəhəri Toksikologiya Mərkəzinin həkim briqadası ezam olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


loading...