Yuxarı
loading...
loading...

Bu görüş dünyaya sülh gətirəcək - Papa

10.06.2018 17:48 Oxunma sayı: 1428


Ümid edirəm ki, Donald Tramp və Kim Çen İnin qarşıdan gələn görüşü sülhün yaranmasına kömək olacaq.

Bu sözləri Roma Papası Fransisk Sinqapurda keçiriləcək tarixi zirvə ilə bağlı danışarkən deyib.

Vatikanın Müqəddəs Pyotr meydanında keçirilən ənənəvi çıxışında Papa Koreya xalqına dualarını və dostluq mesajlarını göndərib. O, sammitin Koreya yarımadası və dünyada sülhə gətirib çıxaracağına ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen İn və ABŞ Prezidenti Donald Tramp iyunun 12-də Sinqapurda görüşəcəklər.


loading...