Yuxarı
loading...
loading...

Dünyanın ən bahalı futbolçularının adları açıqlandı

10.06.2018 16:45 Oxunma sayı: 1477


Almaniyanın “Transfermarket” portalı futbol üzrə dünya çempionatında çıxış edəcək komandaların qiymətini açıqlayıb.

Turnirin ən bahalı oyunçuları argentinalı Lionel Messi və braziliyalı Neymar olub.

Onlar 180 milyon avro dəyərində qiymətləndirilib.

İkinci sırada İngiltərə yığmasının forvardı Harri Keyn və Kevin de Bryunenin adı yazılıb. Portalın məlumatına görə, onlara 150 milyon avro ödəniləcək.

Siyahıda üçüncü sırada fransız Pol Poqba qərarlaşıb. Ən bahalı futbolçuların ilk beşliyinə Rafael Varan və Almaniya yığmasının yarımmüdafiəçisi Toni Kros da daxil edilib.


loading...