Yuxarı
loading...
loading...

“Kim Çen İni ABŞ-a dəvət edəcəm”

08.06.2018 15:53 Oxunma sayı: 1374


ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İn ilə keçirəcəyi görüşün yaxşı keçəcəyi halda onu ABŞ-a dəvət edə biləcəyini deyib.
 
Yaponiya baş naziri Şinzo Abe ilə 12 iyunda keçiriləcək görüşü müzakirə edən Tramp Koreya müharibəsini yekunlaşdıracaq müqavilənin əldə olunacağını, lakin bunun danışıqların "asan” hissəsi olacağını deyib.
 
 
"Əsil vacib olan daha sonra nələrin olacağıdır” –, deyə Tramp vurğulayıb.
 
 
ABŞ və regiondakı müttəfiqləri Şimali Koreyanın nüvə silahlarından imtina etməsini istəyir. Lakin ABŞ prezidenti bunun bir görüşlə həll oluna biləcəyini düşünmədiyini bildirib.
 
Tramp görüşün pis keçməsi halında danışıqlar masasından qalxacağını, yaxşı keçəcəyi halda isə yenidən Kim Çen İni BŞ-a dəvət edəcəklərini bildirib.

loading...