Yuxarı
loading...
loading...

133 ədəd çətənə kolu aşkar edildi

07.06.2018 12:42 Oxunma sayı: 1525


Daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 6-da polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş xeyli sayda çətənə kolları aşkar edilərək götürülüb.

Belə ki, daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayon Polis İdarəsinin əməkdaşları Zirə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyev saxlanılıb. Ona məxsus həyətyanı sahədən 12 ədəd şətənə kolu aşkar edilib.

Daha sonra Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mövsüm Quliyevə məxsus həyətyanı sahədən 11 ədəd çətənə kolu aşkarlayıblar.

Bundan başqa, Naftalan şəhər polis şöbəsinin əməkdaşları şəhər sakini Elçin İsmayıova məxsus həyətyanı sahədən 14 ədəd, Salyan rayon polis Şşbəsinin əməkdaşları şəhər sakini Abdulrəhim Axundova məxsus həyətyanı sahədən 10 ədəd, Astara rayon polis şöbəsinin əməkdaşları Artupa kənd sakini Mahir Quliyevə məxsus həyətyanı sahədən 26 ədəd, Xaçmaz rayon polis şöbəsinin əməkdaşları isə Qarğalıq kəndinin ərazisində Xaçmaz şəhər sakini Seyfəl Xasməmmədov və Tofiq Zeynalov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolları aşkar edərək götürüblər.

Faktlarla bağlı cinayət işləri başlanıb.


loading...