Yuxarı
loading...
loading...

Bakıda bazarlarda leş toyuqlar satılır? – Rəsmi qrumdan şok iddia

06.06.2018 18:44 Oxunma sayı: 2359


“Hətta ölmüş toyuqlar belə satışa çıxarılır!”

“Space” Tv-nin efirində yayımlanan “Olar? Olmaz!” verilişində bu dəfə də bazarlarda satılan açıq toyuq ətləri ilə bağlı məlumatlar tamaşaçılara təqdim edilib.

Teleaparıcı Amil Xəlil bir neçə bazarlara üz tutub. Açıq formada günün altında satılan toyuqların görüntülərini təqdim edən Amil Xəlil bazarlarda antisanitar vəziyyəti  tamaşaçılara göstərib.  O əsasən 8 km ərazisində bu cür halların yaşandığını xüsusi olaraq qeyd edib.

Daha sonra Azad istehlakçılar birliyinin sədri Eyyub Hüseynov açıqlama verərək məsələnin ciddiliyinə diqqət çəkib. Onun sözlərinə görə, hazırda ölkə bazarlarında ölü toyuq ətlərinin belə satışa çıxarıldığı ərazilər var.

Xatırladaq ki veriliş həftə içi hər gün saat 19:55 də şənbə günü 22:40 da “Space” Tv-də yayımlanır. Bu axşam (6 iyun) saat 19:55 də “Olar ? Olmaz!” verilişdə cadu  ilə ailəsi dağıldığını deyən 3 ilin gəlinindən şok açıqlamalar efirdə yayımlanacaq. Qayanananın açıqlamaları və din adamlarının məsələyə münasibəti də olduğu kimi tamaşaçılara təqdim ediləcək.


loading...