Yuxarı
loading...
loading...

Bağ sahəsini narkotik plantasiyasına çevirən şəxs tutuldu

06.06.2018 19:08 Oxunma sayı: 1502


Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə ,daxil olmuş məlumat əsasında Qax rayon sakini Ümidvar Yusifov saxlanılıb. Ü. Yusifov yaşadığı Tasmalı kəndində özünəməxsus bağ səhəsində əkdiyi çətənə kollarına qulluq edərkən elə iş başında yaxalanıb. Polis əməkdaşlarının həmin əraziyə baxış keçirdikləri zaman oradan 310 ədəd çətənə bitkisi aşkar olunaraq götürülmüşdür. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni satmaq məqsədilə əkdiyini bildirmişdir.

Faktla bağlı araşdırma aparılır.


loading...