Yuxarı
loading...
loading...

Evlənmək istəyən 14 nəfərdə QİÇS aşkarlanıb

05.06.2018 14:15 Oxunma sayı: 1528


Bu ilin may ayında nikaha daxil olmaq istəyən 15 651 nəfər tibbi müayinədən keçib.

Bu barədə Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. Onun sözlərinə görə, ötən ay müayinədən keçən şəxslərdən 428 nəfərində talassemiya daşıyıcılığı, 23 nəfərdə sifilis, 14 nəfərdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 4 olub.

Direktor bildirib ki, Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən bu günə qədər tibbi müayinədən keçmiş 15 692 nəfərdə talassemiya daşıyıcılığı, 1438 nəfərdə sifilis, 345 nəfərdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 153 olub. 7-8 cütlük evlənmək imtina edib. Müraciət edən 112 cütlükdən 69 hamilə qadında perinetal müayinə aparılıb. 16 xətsə uşaq, 41 talassemiya dayışıcısı, 12 sağlam döl aşkarlanıb. Xəstəlik aşkarlanan 16 döl tibbi abortla götürülüb. Qalan hamilələr nəzarətdədir.


loading...