Yuxarı
loading...
loading...

Ceyranların sayı 7 minə çatdı

05.06.2018 12:25 Oxunma sayı: 1231


Azərbaycanda ceyranların sayında artım müşahidə edilib, onların sayı 7 minə çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havaların mülayim keçdiyi illlərdə ceyranların artımı mart-aprel aylarında, nisbətən soyuq hava şəraitində isə aprel ayından iyunun əvvəlinə qədər davam edir.

1960-cı illərə qədər ceyranların sayı kəskin azalmağa başlayıb. Lakin prezidentin 2003-cü il Sərəncamı ilə Şirvan Milli Parkı yaradıldıqdan sonra ceyranların nəslinin kəsilməsi təhlükəsi aradan qaldırılıb və hazırda Azərbaycanda ən böyük ceyran populyasiyasının yayıldığı ərazi Şirvan Milli Parkıdır.

May ayından Şirvan Milli Parkının ərazisində ceyranların balalama dövrü başlayıb. Hazırda Milli Parkda yeni doğulmuş ceyran balaları müşahidə edilir.


loading...