Yuxarı
loading...
loading...

Azərbaycandakı yol qəzalarının qorxunc statistikası: 750 nəfər ölüb

04.06.2018 21:46 Oxunma sayı: 1528


Ötən il Azərbaycanda yol nəqliyyatı hadisələrində 750 nəfər dünyasını dəyişib, 1 719 nəfər yaralanıb.
 
Ümumilikdə ötən illər ərzində yol nəqliyyatı hadisələrində dünyasını dəyişənlərin və yaralananların sayı azalıb.
 
 
Azərbaycanda 2013-cü ildə 1 164, 2014-cü ildə 1 124, 2015-ci ildə 894, 2016-cı ildə 759 nəfər avtomobil qəzalarında həlak olub.
 
 
Yaralıların sayına gəldikdə, 2013-cü ildə 2 948, 2014-cü ildə 2 676, 2015-ci ildə 2 265, 2016-cı ildə 2 003 nəfər qəzalarda xəsarət alıb.
 
Ümumilikdə ötən il 1 833 yol nəqliyyat hadisəsi baş verib ki, onun 938-i nəqliyyat vasitələri və piyadaların iştirakı ilə olub.

loading...