Yuxarı
loading...
loading...

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin iki yeni üzvü təsdiqlənib

04.06.2018 18:53 Oxunma sayı: 1342


Azərbaycan Milli Məclisinin (MM) Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin boşalan 2 yerinə təklif olunan namizədlərin adları təsdiqlənib.

MM-dən verilən məlumata görə, AŞPA nümayəndə heyətinin iki yeni üzvü - deputatlar Naqif Həmzəyevin və Çingiz Qənizadənin namizədliyini qəbul edib.

Onların AŞPA-nın iyunun sonunda keçiriləcək yay sessiyasında iştirakı gözlənilir.

Qeyd edək ki, MM-in AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rövşən rzayev və Vüsal Hüseynov müvafiq olaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri və Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.


loading...