Yuxarı
loading...
loading...

Azərbaycan bu sahədə İtaliyanı qabaqladı

04.06.2018 14:43 Oxunma sayı: 1464


Qlobal rəqabət qabiliyyəti indeksinin 2017-2018-ci il nəticələrinə görə, dünyanın ən pis və ən yaxşı yollarına malik ölkələrinin siyahısı tərtib edilib.

137 ölkənin adının daxil edildiyi siyahıda yolların keyfiyyəti 7 ballıq şkala əsasında qiymətləndirilib.

Maksimum balı heç bir ölkə qazana bilməyib. Ən pis göstərici 2 balla Mavritaniyada olub. Dünyanın ən pis yollarına sahib ölkələr arasında Konqo və Haiti 2.1 balla yer alıb.

Dünyanın ən yaxşı yollarına sahib ölkələr isə BƏƏ (6.4), Sinqapur (6.3 bal) və İsveçrə (6.3) olub.

Ölkəmiz 4.8 ballıq göstərici ilə siyahıda 36-cı pillədə qərarlaşıb. Bu göstərici ilə Azərbaycan İtaliya (45), Belçika (46), Norveç (58) kimi ölkələri qabaqlayıb. Qonşu ölkələrdən ən yaxşı göstərici isə qardaş Türkiyədə (30) olub. İran siyahının 71, Gürcüstan 82, Ermənistan 85, Rusiya isə 114-cü pilləsində qərarlaşıb.


loading...