Yuxarı
loading...
loading...

Braziliya Neymarın qolu sayəsində Xorvatiyanı məğlub edib

04.06.2018 10:08 Oxunma sayı: 1420


Futbol üzrə Braziliya və Xorvatiya yığma komandaları Dünya çempionatı – 2018-ə hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçiriblər.

Görüş Liverpulun “Enfild” stadionunda keçirilib və Cənubi Amerika komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 69-cu dəqiqədə 3 aylıq zədədən sonra yaşıl meydanlara qayıdan Neymar açıb. O, Filippe Koutinyonun ötürməsindən yararlanıb. İkinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə isə forvard Roberto Firmino Kazemironun ötürməsini qola çevirib.

Braziliya DÇ-2018-də İsveçrə, Kosta-Rika və Serbiya, Xorvatiya isə Argentina, İslandiya və Nigeriya ilə bir qrupda yarışacaq.


loading...