Yuxarı
loading...
loading...

Sahil Babayev korrupsioner qruplaşmanı niyə saxlayır? Söhbət DSMF -nin Səbail şöbəsindən gedir FAKT

01.06.2018 10:24 Oxunma sayı: 1711


Sabiq nazir Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi nazirliyində əkdiyi korrupsiya toxumunun kökünü hələ də kəsmək mümkün deyil. Belə ki, bu qurum daima  həm  vətəndaşların aldadılmasında həm də daxili maliyyə əməliyyatlarının həyata keçrilməsində Dövlət büdcəsinin talamaqla məşğuldur. Təəssüfedici hal budur ki, yeni nazirin gəlişindən sonra bu nazirlik sistemində dəyişikliklər getməsinə hamı ümidvar idi. Görünən budur ki, karrupsioner qrup yeni nazirə də "XOD" tapıb. Belə ki, vətəndaşların cibinə girmək halları və qrumdaxili əməliyyatlarda talanşılıq halları davam edir.

Millixeber.com-a verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun Səbail şöbəsi də həmin korrupsiyalaşmış mütəkəkkil qrupa aid şəbəkənin bir hissəsi olaraq yenə də öz "fəaliyyətləri" ilə məşğuldular. Vətəndaşların cibinə necə ustalıqla girirlərsə hətta hər kəs özü bunlardan yaxa qurtarmaq üçün yollar axtarır. Bu cür faktlar yüzlərlədir. Amma DSMF-nin Səbail şöbəsinin təkcə bir əməliyyatı orda olan abu-havanın göstəricisidir. Məsələn, DSMF-nin Səbail şöbəsinin rəis əvəzi Çapay İbrahimov  guya ki, "Apex-MRS"MMC-dən 6 min manatlıq kompyüter və printer avadanlığı alıb. Bu dəstin real qiyməti 820 AZN olduğu halda kompüter 6000 AZN göstərilib. Yəni qiymət şişirdilməsinin həddi yoxdur. Eləcə də, şöbə üçün dəftərxana ləvazimatlar və digər əşyaların alınmasında qiymətlər 10 dəfədən artıq şişirdilir. Hələ bu yalnız bir əməliyyatın ipucudur. 

Reallıq isə hüquq  mühafizə orqanlarının bu cür hallara niyə susmasıdır? 

PS. Mövzu araşdırılır. Ən qısa zamanda konkret faktlarla yazımız olacaq.


loading...